"Real" Benzema ilə bağlı qərar verdi

Kərim Benzema və "Real Madrid" yeni müqavilə ilə bağlı razılıq əldə ediblər.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb. Müqavilənin müddəti 2024-cü ilin iyun ayına qədər uzadılacaq.

Qeyd edək ki, Benzemanın "Kral klubu" ilə anlaşması cari mövsümün sonunda başa çatır.