Şəhid Vüsal Allahverdiyevin ailəsindən deputat Emin Hacıyevə təşəkkür 

43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinin deputatı Emin Hacıyevin təşkilatçılığı ilə Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi başa çatıb. Deputat Emin Hacıyev, qonaqlar və YAP Sumqayıt şəhər təşkilatının könüllüləri 43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərini ziyarət ediblər. Layihə çərçivəsində Emin Hacıyevin deputat seçildiyi dairədə yaşayan digər rayon şəhid ailələri də diqqətdən kənarda qalmayıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə deputata təşəkkür məktubu ünvanlayıblar. Şəhid Vüsal Allahverdiyevin əmisi Mahir Allahverdiyev həm layihə, həm görülən işlərlə bağlı göndərdiyi təşəkkür məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: “Vətən, Millət, Torpaq və Bayraq sevgisi insana ailədən, kökdən keçir. İnsanın əsli, kökü, vətənə sevgisi olarsa onun hansı vəzifə vəya iş sahibi olmasından asılı olmayaraq onun ürəyi hər zaman, millətinin, vətəninin, şəhidinin və şəhid valdeynlərinin yanında olur. Belə vətənpərvər insanlardan da biri Sumqayıt 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən MM-in Vl çağırış deputatı seçilmiş Emin Hacıyev Məcid oğludur. Emin müəllim seçildiyi dairədən, qeydiyyatından asılı olmayaraq Sumqayıtda yaşayan şəhid ailələrini diqqətində saxlayır, sıx təmasda olub onların problemləri ilə maraqlanır. 16.02.2021-ci ildə Emin müəllimin (özü gəlməli idi məlum səbəblərdən gələ bilmədi) köməkçisi Anar Mustafayev şəhid ailəsi olan qardaşımın evində oldu. Hər bir şəhid ailəsinə mənəvi dəstək şəhid valideynlərinin qəlbinə ruh verir. Bir şəhid əmisi olaraq Emin müəllimə, köməkçisi Anar müəllimə və Anar müəllimlə gələn könüllü vətənpərvər insanlara çox sağ olun deyirəm. Arzu edirəm ki, bəzi dövlət məmurları və deputatları gənc, vətənpərvər Emin müəllimdən nümunə götürüb ən azından telefon zəngi ilə də olsa şəhid ailələrinə, qazilərimizə mənəvi dəstək olsunlar”.