Şərur rayonuna ekskursiya

"Naxçıvanı tanıyaq" devizi altında gənclərin Şərur rayonuna ekskursiyası təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkil etdiyi ekskursiya çərçivəsində gənclər Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyi və tarixi Yengicə Hamamı ilə tanış olublar.

Ekskursiyanın əvvəlində Fondun əməkdaşı Fatimə Yusifli ekskursiyanın keçirilmə məqsədi və önəmindən bəhs edərək bildirib ki, muxtar respublikanın tarix-mədəniyyət abidələrinin, adət-ənənələrinin, görkəmli şəxsiyyətlərinin gənclərə tanıdılması baxımından bu tipli ekskursiyaların təşkili daim diqqətdə saxlanılır.

Sonra gənclər tarix-mədəniyyət abidələri ilə yaxından tanış olub, fotoşəkillər çəkdiriblər.