Azərbaycanda bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin edilib.
Bu arədə Sabahinfo.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunublar. Onların hər biri səhiyyə idarəetməsində uzun müddət təcrübəsi olan tanınmış mütəxəssislərdir.
Qeyd edək ki, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.