Vətən müharibəsi şəhidi Muradov Elxan Murad oğlu doğum günündə anılıb

Sabirabad rayonu Əhmədabad kəndində Vətən müharibəsi şəhidi Muradov Elxan Muradoğlu doğum günündə anılıb.
Anım mərasimində YAP Sabirabad rayon təşkilatının sədr müavini Ağadadaş Həsənov və partiya fəalları, RİH-in şöbə müdiri Müslüm Rzayev, Sabirabad rayon Veteranlar şurasının sədri Faiq Hüseynov, idarə və müəssisə rəhbərləri, şəhidin valideynləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyaraq hörmət və ehtiramlarını ifadə ediblər.
Şəhid ailəsi dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini çatdırıblar.