10 partiya MSK-ya maliyyə hesabatı təqdim etməyib

Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etməsi prosesi yekunlaşıb.

Sabahinfo.az xəbər verir ki, dövlət qeydiyyatında olan 58 partiyadan 48-i 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib və həmin partiyaların siyahısı MSK-nın saytında yerləşdirilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idi.

MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.