10 yaşlı uşaq sərnişin qatarına daş ataraq şüşələrini qırdı

Sumqayıtda 10 yaşlı uşaq sərnişin qatarını daş atıb.

Bu barədə sabahinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.