Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 127 repatriantla sosial reabilitasiya işi aparılır.
Bu barədə Sabahinfo.az-a Nazirlikdən bildirilib.
Verilən məlumata görə, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir:
"Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir. Ümumilikdə isə son illərdə Agentlik ölkəmizə repatriasiya edilmiş 514 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib".
Xatırladaq ki, repatriant dedikdə, könüllü və ya məcburi şəkildə vətəninə, mənşəcə olduğu yerə, yaxud vətəndaşlığı olduğu ölkəyə qayıdan şəxs nəzərdə tutulur.