"Hazırda İsraildə saxlanılan 14 vətəndaşımızın sabah (7 oktyabr) İordaniya vasitəsilə ölkəmizə gələ bilməsi üçün səylərimizi davam etdiririk".
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat yayıb.
Onun sözlərinə görə, 14 Türkiyə vətəndaşının gətirilməsi istiqamətində işlər aparılır.
"İsrail qüvvələri tərəfindən ələ keçirilən Qlobal Sumud Flotilla gəmilərində olan 36 vətəndaşımız oktyabrın 4-də xüsusi reyslə ölkəmizə sağ-salamat qayıdıb. Hazırda İsraildə saxlanılan 14 vətəndaşımızın İordaniya vasitəsilə sabah ölkəmizə qayıda bilməsi üçün səylərimizi davam etdiririk", - o, qeyd edib.