Bu il Aralıq dәnizindә 970 nizamsız qaçqın ölüb. Birlәşmiş Millәtlәr Tәşkilatının Miqrasiya üzrә Şәbәkәsinin sözçüsü Paul Dilon tәşkilatın Cenevrәdәki ofisindә tәşkil etdiyi mәtbuat konfransında bazar günü Liviyanın Әl Kums şәhәrinә doğru gedәn bir qayığın batdığını vә azı 57 nizamsız qaçqının itkin düşdüyünü açıqlayıb.
Bölgәdәki balıqçılar vә sahil mühafizә xidmәti tәrәfindәn 18 nәfәrin xilas edildiyini ifadә edәn P.Dillon xilas edilәn şәxslәrin itkin düşәn qaçqınlardan azı 20-nin qadın, 2-nin dә uşaq olduğunu bildirdiyini vurğulayıb.
P.Dillon Birlәşmiş Millәtlәr Tәşkilatının Miqrasiya üzrә Şәbәkәsinin Liviyadakı әmәkdaşlarının xilas edilәn nigeriyalı, qanalı vә qambiyalı qaçqını tibbi nәzarәtdәn keçirdiyini qeyd edib.
‘‘Yaşanan son hadisә ilә 2021-ci ildә Aralıq dәnizindә hәyatını itirәn qaçqın sayı 970 nәfәrә çatıb’’,-deyә P. Dillon deyib.
Dillon Aralıq dәnizindә nizamsız qaçqınların ölmәsinin qarşısının alınması üçün Avropa İttifaqına üzv dövlәtlәrә hәmrәy olmaları ilә әlaqәdar çağırış edib.