“Başa çatmaqda olan 2023-cü il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin oldu, gələcək nəsillər üçün yeni dövrün başlandığı il kimi tarixə düşdü”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 13 noyabr tarixli iclasında deputat Tahir Mirkişili deyib.
2023-cü il ölkəmizdə "Heydər Əliyev ili" olduğunu xatırladan deputat qeyd edib ki, müasir və müstəqil Azərbaycanın memarı olan Ulu öndərin 100 illiyini onun siyasətinə, tarixi irsinə ehtiram göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik: "Eyni zamanda, hər kəs bilir ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz həm də əməli işlərlə ölçülür və hər birimiz bunu öz işimizlə daim göstərməli, onun ideallarına xidmət etməliyik. 2023-cü il Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsinin 20 ili tamam oldu. O tarix üçün çox qısa sayılan 20 il ərzində, dünyada bəlkə də ən mürəkkəb regionda yerləşən bir ölkəni və xalqı neçə inkişaf etdirmək olar, neçə gücləndirmək olar, müstəqilliyi və milli maraqları necə qorumaq olar, bütün daxili və xarici resursları bir hədəfə yönəldib, 20 il dayanmadan bu hədəfə doğru addım addım irəliləyərək bütün dünyanın mümkünsüz, olmaz dediyini neçə mümkün etmək olar, and içdiyi üçrəngli bayrağı bütün turk dünyasının ən uca zirvəsi olan Şuşaya neçə sancmaq olar və bu 20 il ərzində daim vətədandaşlarının və soydaşlarının qəhrəmanı və sevimlisi necə olmaq olar-ın nümunəsini yaratdı. Və bu nümunə unikaldır.
O, bütün turk dünyasında Zəfərin simvolunu yaratdı və zəfərin simvouna çevrildi. Qlobal pandemiya ilə mübarizə, bir müharibə aparmış, bir antiterror tədbirləri həyata keçirmiş bir ölkənin iqtisadiyyatının kifayət qədər dözümlü olması onun böyük nailiyyətidir. O bu 20 il ərzində verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi. 2023-cü il Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndidə dalğalandığı, uzun illər dövlətimizə və xalqımıza böyük zərər vermiş erməni separatçılığına son qoyulduğu ildir. XXI əsrdə öz dövlət suverenliyini tam bərpa edən yeganə ölkə olaraq tarixə düşən Azərbaycan gələcək inkişafı üçün yeni bünövrə inşa etdi. Məhz bu ildə biz ilk dəfə olaraq öz bayrağımızı bütün ərazimizdə görə bildik, ilk dəfə olaraq öz ərazimizin hər qarışına sahib olduq. İlk dəfə olaraq bütün Azərbaycan üçün dövlət büdcəsi qəbul edəcəyik. Bu çox böyük və qürüverici bir tarixi uğurdur!”./bakivaxtı.az