MDB-nin mədəniyyət paytaxtı-Laçın

Müstəqil Dövlətlər Birliyinin hər il keçirilən Şura iclası xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın da fəal iştirak etdiyi bu mötəbər iclasda qarşılıqlı əlaqələrin inkişafı, iqtisadi imkanların artırılması, infrastruktur layihələrin reallaşdırılması kimi mühüm məsələlər müzakirə olunur. MDB dövlət başçılarının Şura iclasında çıxış edən dövlət başçısı İlham Əliyev bir sıra məsələlərə toxundu. Dövlət başçısı qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
 Dövlət başçısı həmçinin onu da bildirdi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Noyabr ayında bakıda keçiriləcək dünyaca mötəbər tədbir-COP29 barəsində danışan Prezident İlham Əliyev belə bir qərarın verilməsini dünya ictimayyətinin Azərbaycana olan hörmətindən qaynaqlandığını diqqətə çatdırdı: “Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”.

Şimal qonşumuzla münasibətlərin tarixi keçmişinə nəzər salanda bu münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyinin şahidi oluruq. 2022-ci ildə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına səfəri zamanı Azərbaycan və Rusiya prezidentləri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə eyni zamanda bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı.

Azərbaycan-Rusiya münasibətlərin inkişaf dinamikası gələcəkdə iki ölkə arasında əlaqələrin inkişafına stimul verir. Ölkələrimiz arasında keçirilən iqtisadi forumlar, konfrasnlar və imzalanan sənədlər gələcək perspektivdə Azərbaycan-Rusiya əməkdaşlığının daha dərin çalarlarda özünü burizə edəcəyini deməyə əsas verir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı