İlkin mərhələdə Qarabağın azad edilmiş ərazilərinə köçürüləcək insanların sayı açıqlanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov məlumat verib.
Araz İmanov qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə - Qarabağa təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır.