Şəhidimizin əmanəti - 4 yaşlı Həcər

Şəhid Ənnağıyev Babək Oktay oğlu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdandır. Bu gün Şəhidimizin qızı Həcərin 4 yaşı tamam olur. YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, RİH-in şöbə müdiri Müslüm Rzayev və rayon Veteranlar təşkilatının sədri Faiq Hüseynov Şəhidin ailəsinə baş çəkib, gül balamızı təbrik edərək hədiyyələrini təqdim ediblər.
Səmimi söhbət zamanı Ali Baş Komdandanımız, cənab Prezidentimiz İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb. Şəhidimizin atası Oktay Ənnağıyev şəhid ailələrinə və oğlu Babəkin ailəsinə göstərilən qayğıya görə ailəsi adından ölkə rəhbəri cənab prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını çatdırıb.