89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruz Aslanın ( Novruzəli Davud oğlu Aslanov) ilk görüşü

Sentyabr ayının 1 də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruz Aslanın ( Novruzəli Davud oğlu Aslanov) ilk görüşü İsmayıllı rayonunun Qubaxəlilli kəndində oldu. Novruz Aslan ilk öncə Qubaxəlilli kənd mərkəzində Vətənimiz uğrunda cnlarını fəda edən Şəhidlərimizin adına yaradılmış abidə-kompleksini ziyarət elədi. Daha sonra kənd sakinləri ilə Movruz Aslanın səmimi görüşü oldu. Məlumat üçün bildirək ki, təbliğat bu gündən başlayır. Novruz Aslanın bu gün üçün başqa kəndlərdə də görüşləri olacaq.