ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət Katibi müavininin yeni təyin olunmuş köməkçisi Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Sabahinfo.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd olunub ki, o Azərbaycan Gürcüstan və Ermənistana səfər edəcək. E.Olsonun regiona səfəri noyabrın 2-dən 4-dək davam edəcək. O, Ermənistandakı səfir Linn Treysi, Gürcüstandakı səfir Kelli Deqnan və Azərbaycandakı səfir Li Litsenberger, eləcə də Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşavir Endrü Şofer və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin müavini Aleksandr Sokolovski ilə birgə diplomatik missiya rəhbərlərinin regional görüşündə iştirak edəcək.