“ABŞ-ın regionla bağlı son dedikləri riyakarlığdır”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 21 noyabr tarixli iclasında deputat Tural Gəncəliyev deyib
“Xocalı soyqırımı törədildiyi zaman ABŞ tərəfindən belə bir 907-ci düzəliş istəmişdi. Daha sonra terror oldu? Azərbaycan onlara kömək etdi, ABŞ peşman olub 907-ci düzəlişi dayandırdı. İnanıram ki, yenə peşman olacaq. ABŞ senatı və dövlət katibinin rəsmisi absurd fikirlər səsləndirir. Onlar bununla iç üzlərini göstərirlər. ABŞ destiruktiv, xaos yaradan, ölkələrə ən çox təcavüz edən dövlətdir. Xatırlayırsınızsa, keçmiş katib pensilin şüşəsini göstərib guya İraqda bioloji silah tapdığını demişdi sonra İraq darmadağın oldu. Bir neçə il öncə Türkiyədə dövlət çevrilişi, müxtəlif yerlərdə terrorçulara dəstək və s. bunların hamısı regiona qarşı olduqlarını göstərir. Biz onlara qarşı mətin dayanacayıq”./bakivaxtı.az