ABŞ dövlət katibi Entoni Blinken Finlandiya Beynəlxalq Münasibətlər İnstitutundakı tədbirdə çıxış edib.
Sabahinfo.az xəbər verir ki, Blinken çıxışı zamanı Rusiya-ABŞ münasibətlərinə toxunub.
ABŞ dövlət katibinin sözlərinə görə, Vaşinqton otuz ildir Moskva ilə sabit əməkdaşlığı davam etdirir: "Təhlükəsiz və firavan Rusiya Amerikanın marağındadır. ABŞ sizin düşməniniz deyil".
O, həmçinin bildirib ki, ABŞ Rusiyada hakimiyyəti devirmək niyyətində deyil və yalnız ruslar öz gələcəklərini müəyyən etməlidirlər.