ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya təhvil verməyi təklif edib. Lakin biz bu təklifdən imtina etmişik.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Onun fikrincə, Türkiyə “təslim” etsəydi, Vaşinqtonla problemi olmazdı. “Bizə hətta onları Ukraynaya göndərməyi təklif etdilər, yox dedik. Belə təkliflər olub”, - deyə o bildirib.
2017-ci ildə Rusiya və Türkiyə S-400 zenit-raket komplekslərinin tədarükü üçün başqa bir alay almaq imkanı ilə 2,5 milyard dollarlıq müqavilə imzalayıb. 2019-cu ildə S-400-lərin ilk partiyası Türkiyəyə çatdırılıb. Silahların alınmasına cavab olaraq ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Ölkə F-35 qırıcı təyyarələrinin istehsalı proqramından da çıxarılıb.