"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində əlavə ittihamlar verilib.
Sabahinfo.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb.
Belə ki, N.Absalamova 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci maddələrlə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ittiham olunur.
Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.