Adil Əliyev - 54


Bu gün Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı,  Milli Məclisin sədr müavini (2020), Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, hüquq üzrə fəlsəfə doktoru, ehtiyatda olan polis polkovniki Adil Əliyevin ad günüdür. 
Bilirik ki, xalqımızın Qələbəmizin möhkləmlənməsi naminə şəhid verdiyi indiki vəziyyətdə Adil müəllim ad günü ilə qayğılı deyil.  2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi, "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyanın müəllifi olan Adil Əliyevin təcrübəsi Azərbaycanın bütövlüyünün təmin olunmasını, dövlətimizin, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsini istəyən vətəndaşlarımız üçün olduqca vacib bilik mənbəyidir. 
Təbrik edirik, çox hörmətli Adil müəllim! Sizə uzun ömür, can sağlığı, Vətənin tərəqqisi naminə düşərli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Elnarə Həziyeva