“Bu gün səhər saat 07:00 radələrində BQXK yük maşınlarının Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edilib”.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda qeyd edib.
Onun sözlərinə görə, Ağdam-Əsgəran-Xankəndi yolu açıq, işləkdir və belə olmalıdır: “Bu, Azərbaycanın prinsipial, ədalətli, legitim və dönməz mövqeyidir!”