Agentliyin dəstəyi ilə ərsəyə gələn “Uçan arzular” qısametrajlı filmi təqdim olundu

“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə, Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə “Uçan arzular” -“Ayıq ol, Qurban olma” adlı qısametrajlı filmini çəkərək ictimayyət təqdim edib. "Azerforum" xəbər verir ki, layihə barəsində məlumat verən təşkilat sədri Ramiz Alıyev bildirib ki, 3 ay ərzində həyata keçirilən layihənin əsas məqsədlərindən biri də İnsan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarət olmuşdur. Onun sözlərinə görə, qısametrajlı filmi peşəkar komanda çəkmişdir. Bu gündən etibarən həmin film sosial şəbəkə hesablarından yayımlanacaq və eyni zamanda 1000 ədəd disk Bakı şəhərində pulsuz olaraq paylanılacaq, bundan başqa disqlər regionlarda aidiyyatı orqanlara, təhsil ocaqlarına, televiziyalara da paylanılacaq. Filmdə insanların hansı vasitələrlə aldadılaraq xaricə aparılmasından bəhs olunur. Filmin təqdimatında DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, İctimayyətlə Əlaqələr və Mətbuat şöbəsinin əməkdaşları, QHT-lər, KİV-nin əməmdaşları, Gənclər təşkilatlarının təmsilçiləri iştirak edib. Filmi izlədikdən sonra təşkilatçılar tərəfindən iştirakçılara həmin filmin disqləri də təqdim olunub.