2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Ağsu rayonunun Bozavand və Rəhimli kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Allahverdi Qənbərov, Tahir Xası və Əmrulla Kərimov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyi bildirilib. Qeyd olunub ki, Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin “ Dəmir Yumruğu” ilə qazanılan böyük Qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Natiqlər bildiriblər ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.