Ağsuda seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Ağsuda seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Əli Hüseynov və Əmrulla Kərimov çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkəmizin qazandığı uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Məhz həyata keçirilən düzgün və məqsədyönlü siyasət Azərbaycanı bu gün regionun ən güclü dövlətinə çevirib.

Natiqlər vurğulayıb ki, görülən işlərə ən yüksək qiyməti Azərbaycan xalqı verir. Əminliklə vurğulanıb ki, 7 fevral tarixində xalq  qalib Liderin ətrafında sıx birləşərək, ölkəmizin parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcək.

Seçicilər də fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər.