Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) boks üzrə idmançıları yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olub.
Sabahinfo.az xəbər verir ki, yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb. Oğlanların mübarizəsində AHİİTA-nın idmançısı Əli Ruşanov (44 kq) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib.
Assosiasiyanın digər boksçusu İbrahim Bədəlli (54 kq) isə beynəlxalq turnirin gümüş medalçısı olub.