Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə elan etdiyi qrant müsabiqəsində "Ailələrə Dayaq" xeyriyyə ictimai birliyi də "Milli dəyərlərlə ailə institutunun möhkəmləndirilməsi" layihəsi ilə qaliblər sırasında yer aldı. Layihə 01.06.2024 tarixində başlayıb 31.07.2024 tarixinədək davam edəcəkdir. İki tədbir 24 iyun tarixində Şəmkir rayonunda Mərkəzləşdirilmiş kitabxana sistemində və Mədəniyyət Mərkəzində keçirildi. Hər tədbirdə 25 benefisiar iştirak etdi. Mövzu auditoriyalarda maraqla dinlənildi. Layihənin məqsədi ailələrdə yaranan problemləri araşdırmaq və onları aradan qaldırmaqda yardımçı olmaq idi. İştirakçıların əksəriyyətini qadınlar təşkil etdiyinə görə ailədə yaranan problemləri rahatlıqla bölüşürdülər. Sorğular zamanı bəlli oldu ki, kiçik münaqişələr böyük konfliktlərə çevrilir və sonda arzuolunmaz nəticələrlə bitir. Çox maraqlıdır ki, münasibətlərin pozulmasında göstərilən səbəblərdən ən az məhz maddilik idi. Belə nəticəyə gəlinir ki, ailələrdə bir damın altında yaşayan insanlar nə biri-birini yaxşı tanıyır, nə də biri-birilərini eşidirlər.