ABŞ-da respublikaçı senatorlar Marko Rubio və Ças Qrassli Rusiyanın bütün dövlət müəssisələrinə qarşı genişmiqyaslı sanksiyaların tətbiqini nəzərdə tutan “Qeroyam Slava” qanun layihəsini təqdim ediblər.
Bu barədə senator Rubionun saytındakı bəyanatda deyilir.
Sanksiyalar Vladimir Putinin müharibələrini maliyyələşdirmək üçün Moskvaya məxsus və ya onun nəzarətində olan şirkətlərin ABŞ kapital bazarına çıxışına qadağa qoyulmasını nəzərdə tutur. Söhbət “Rosneft”, “Qazprom”, “Rosatom”, “Aeroflot” və “RT” kimi şirkətlərdən gedir.
“Putin Moskvanın nəzarətində olan dövlət korporasiyalarının aldığı vəsaitlə Rusiyanın döyüş maşınına fəal şəkildə yanacaq verir. O, Ukraynaya hücum etdiyi bir zamanda heç bir Rusiya dövlət müəssisəsinin ABŞ kapitalına çıxışı olmamalıdır”, - deyə Rubio bildirib.