Anar Məmmədov Goranboyda su xəttinin açılışında - Fotolar

VI çağırış Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonunun Qaradağlı kəndində su xəttinin açılışında iştirak edib.

Sabahinfo.az xəbər verir ki, açılışda Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib.

Anar Məmmədov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Qeyd edək ki, Qaradağlı kəndində su çəkilişi ilə bağlı artıq üçüncü layihə tamamlanmış oldu. Kənd sakinlərinin müraciətinə cavab olaraq 100 ailənin evinə fərdi qaydada su xətti çəkilib. Bununla da Qaradağlıda evinə su xətti çəkilən ailələrin sayı 500 olub.

Keçirilən mərasimdə çıxış edən şəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.