Millət vəkili Anar Məmmədov Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Sabahinfo.az xəbər verir ki, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən Anar Məmmədov onların müraciət, təkliflərini dinləyib. Dinlənilmiş müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər həll olunması üçün aidiyyəti orqanlara yönləndirilib. Bir neçə məsələ yerində həllini tapıb.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.