Anar Məmmədov şəhid ailəsini ziyarət etdi - Foto

YAP-çı millət vəkili Anar Məmmədov Tərtər rayonu Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb. 

Sabahinfo.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak edib.

Görüşdə iştirak edənlər dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd ediblər. 

Bildirilib ki, müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Tərtər rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.