Anar Məmmədov Türkiyədəki seçkilərdən yazdı

Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkiləri beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir. Bunu SABAHİNFO.AZ-a açıqlamasında seçkiləri müşahidə edən millət vəkili Anar Məmmədov deyib. Onun sözlərinə görə, seçki məntəqələrinin hamısında həm müxalifətdən, həm iqtidardan olan müşahidəçilər səsvermənin gedişini sərbəst şəkildə izləyirlər.

Deputat onu da bildirib ki, seçki aktivliyi ilə müşahidə olunan seçkilərdə qanun pozuntusu qeydə alınmayıb.