Tanınmış iş adamı, QAYO şirkətinin rəhbəri Anar Qəhrəmanov növbədənkənar prezident seçkilərində səs verib.
“Qafqazinfo” xəbər verir ki, o, qeydiyyatda olduğu seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
O, xüsusilə vurğulayıb ki, yeni dünya nizamının formalaşması və bu gərgin geosiyasi kataklizmlərin baş verdiyi məqamda dövlət və dövlətçilik ənənə və prinsiplərinə sadiq qalaraq hər bir fərd kimi səs vermək hamımızın ilk öncə vətəndaşlıq borcudur.
“Xalqımız və millətimizin adına xeyirli uğurlu olsun deyirəm!” , - o bildirib.