Lukaşenko Belarus prezidenti istefaya hazır olduğunu bildirib. Bunu Lukaşenko CNN televiziyasına müsahibəsində deyib. O, istefaya getməsi üçün Qərbin ilk növbədə ölkəyə təzyiqlərini dayandırmalı olduğunu, suverenliyinə qarantiya verməli olduğunu söyləyib: “And içirəm ki, ölənə qədər prezident olmağa hazırlaşmıram. Hər şey Belarusdakı situasiyadan asılıdır”.