Antalyada Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü başa çatıb

Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib.

Sabahinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Ukrayna Xarici İşlər naziri Dimitro Kuleba və Türkiyə xarici işlər naziri Mövlud Çavuçoğlu arasında keçirilən görüş 1,5 saat davam edib.

Yaxın zamanlarda tərəflərin iştirakı ilə mətbuat konfransı olacaq.

XXX
Saat 12.29

Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

Sabahinfo.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.

Görüşün 90 dəqiqə davam edəcəyi gözlənilir. Daha sonra S.Lavrovla D.Kuleba birgə mətbuat konfransı keçirəcək.