AQSİA-nın İdarə Heyətinin sədri Brüsseldə keçirilən biznes seminarda iştirak edib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişsfı Assosiasiyasının İdarə Heyətinin sədri, həmçinin türkdilli dövlətlərin qadın komitəsinin sədri Səkinə Babayeva Belçikanın Brüssel şəhərində keçirilən biznes səfərində iştirak edib.

 

“İki sahil” xəbər verir ki, EU4BCC çərçivəsində 17-22 mart 2024-cü il tarixləri arasında Brüsseldə BSOS üçün Açıq Qapı Mobilliyi adlı təcrübə səfərində iştirak edən assosiasiya rəhbəri 5 günlük seminarlarda assosiasiyanın fəaliyyəti və qadın sahibkarlıq haqqında çıxışlar edib.

EU4Business layihəsi: şirkətlərin birləşməsi (EU4BBC) Şərq Tərəfdaşlığı ölkələrində davamlı iqtisadi inkişafı və iş yerlərinin yaradılmasını dəstəkləmək, kiçik və orta sahibkarlığın və ya biznesə dəstək təşkilatlarının (BSO) böyüməsinə kömək etmək, xüsusən də ticarəti təşviq etmək, daxili investisiyaları təşviq etmək və AB-dəki şirkətlərlə iş əlaqələrini gücləndirmək məqsədi daşıyır.

Bir həftəlik proqram daxilində Kiçik və Orta Müəssisələr (KOB) üçün innovativ xidmətlər üzrə kollektiv düşüncənin gücünü araşdırmaq məqsədilə asanlaşdırılmış beyin fırtınası sessiyaları, "KOB Siyasətlərinin formalaşmasında siyasətçilər ilə necə işləmək olar” mövzusunda təlim seansları təşkil olunub.

Layihə çərçivəsində keçirilən konfranslarda Eurochambers-in prezidenti Vladimir Dlouhy, Avropa İttifaqı ticarət palatalarının sədrləri , Avropa Komissiyasının Qərbi Balkanlar direktorluğunun Monteneqro və Serbiyə Bölməsinin rəhbəri Michael Miller, həmçinin Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıkoğlu, Azərbaycan ticarət palatasının sədri Vəsilə Alməmmədova da iştirak etmişdir.

Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıkoğlu və Türkdilli ölkələrinin qadın komitəsinin sədri Səkinə Babayevayla görüş zamanı komitənin növbəti görüşün Qazaxıstanda keçirilməsi haqqında müzakirələr aparılmışdır.

Qeyd etmək istərdik ki, sözü gedən layihə 2019-cu ilin dekabr ayında başlamış və 2024-cü ilin dekabr ayına kimi davam edəcəkdir.