Araik Arutyunyan tezliklə Xankəndidən qaçacaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə erməni Teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, artıq Paşinyanla Arutyunyan arasında razılıq var və sonuncu üçün İrəvanda yer də hazırlayıblar:
“Azərbaycan Qarabağda nəzarəti ələ keçirməyə başlayanda Arutyunyan “səlahiyyətlərini” dərhal atıb, Qarabağı tərk edəcək. Bu fəaliyyətlər üçün artıq hüquqi zəmin yaradılıb. Üstəlik, Arutyunyanın gələcək işgüzar fəaliyyəti də əvvəldən müzakirə edilib. Ona Ermənistanın regionlarından birinin qurbernatoru, ya da baş nazirin müşaviri vəzifəsi təklif olunub”.
Qeyd edək ki, Araikin Xankəndidən qaçacağı haqda iddialar bir qədər əvvəl də yayılmışdı./globalinfo