Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqibi məlum oldu

İsveçrənin Nyon şəhərində UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu mərhələdə Konfrans Liqasının qrup mərhələsində ikinci yer tutmuş klublarla, Avropa Liqasının qrup mərhələsində üçüncü olmuş klublar üz-üzə gələcək.

Bu mərhələdə Azərbaycanı təmsil "Qarabağ" klubunun rəqibi Fransanın "Marsel" klubu olub.