“Avropa Şurasının Azərbaycana qarşı mövqeyi siyasi riyakarlıqdır”

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qeyri-adekvat və qərəzli davranışı Avropa təsisatlarının artıq böhran vəziyyətində olduğunun bir nümunəsidir”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünən AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının 1 il müddətinə dayandırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ikili statndartlar və siyasi riyakarlığa son qoyulmadan bu qrumların səmərəli fəaliyyət göstərməsi mükün deyil. Sadiq Qurbanov Prezident İlham Əliyevin 24 iyun 2014-cü il tarixində AŞPA-nın sessiyasındakı çıxışını xatırladıb. Prezident demişdi: “Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir”.

Göründüyü kimi, uzun illər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etmiş cənab Prezident Avropa Şurasını ədalətsiziliyin aradan qaldırılmasında fəal olmağa çağırır, lakin biz bunun əksini gördük”.

S.Qurbanov Avropa Şurasının (AŞ) Azərbaycana qarşı mövqeyini əsl siyasi riyakarlıq hesab edir. Millət vəkili xatırladır ki, AŞ Nazirlər Komitəsi bir tərəfdən 16 fevral 2022-ci il tarixdə “Azərbaycan üçün Fəaliyyət Planı - 2022-2025” sənədini təsdiq edir. Fəaliyyət Planının prioritetlərində Avropa Şurasının bütün qurumlarının qərarları, qətnamələri, tövsiyələri, hesabatlarındakı qənaətləri və rəyləri nəzərə alınıb: “Burada həmçinin Azərbaycanın milli islahatlar gündəliyi, o cümlədən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədi, “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”, “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı (MFP)” və digər sənədlər nəzərə alınıb. Göründüyü kimi AŞ Azərbaycan dövləti ilə birlikdə milli qanunvericiliyin tərkib hissəsi olan starteji sənədləri nəzərə almaqla Azərbaycanda dair Fəaliyyət planın həyata keçirilməsini nəzərdə tutur. Lakin birdən-birə mənfi bir tendensiya mexanizmi işə düşür burada Fransa dövlətinin təsirləri açıq-aşkar hiss edilməkdədir”.

Millət vəkili hesab edir ki, bu, son dövrlər Azərbaycan-Türkiyə müttəfiqliyi fonunda Türk Dövlətləri Təşkilatının dünyanın siyasi palitrasında yeni güc mərkəzinə çevrilməsindən qorxuya düşən islamaofobiyanın dərin kök atdığı Fransa kimi dövlətlərin siyasi isterikasının nəticəsidir. “Heç kim unutmamalıdır ki, Azərbaycan müstəqil dövlətdir onun sarsılmaz iradəyə malik dövlət başçısı və ona inanan xalqı var”, - Sadiq Qurbanov vurğulayıb.

Rasim Əliyev 

“AzPolitika.info”