Avropanın cənubunda yerləşən ölkələrin əksəriyyətində irimiqyaslı meşə yanğınları davam edir.
Ən təhlükəli vəziyyət Portuqaliyada və İspaniyadadır.
Artıq bir həftədir davam edən yanğınlarla əlaqədar Portuqaliyada bir neçə kəndin əhalisi təhlükəli ərazilərdən təxliyə edilib.
Sinoptiklərin məlumatına görə, Portuqaliyanın materik ərazisinin 80 faizi meşə yanğınlarının riski altındadır.
İspaniyada isə alov 4 000 hektar meşə sahəsini məhv edib. Bu ölkənin bəzi ərazilərində havanın temperaturu 40°C-dən çox olur.
Peyk müşahidələri göstərir ki, demək olar ki, bütün Aralıq dənizi hövzəsində yerləşən ölkələrin ərazisi hazırda təhlükə altındadır.