AXCP-nin təşkilat rəhbəri saxlanıldı - DİN-dən AÇIQLAMA

Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.