AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin bu qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırması Qərbin və AŞPA-nın ermənipərəst qüvvələri ilə bərabər, Azərbaycandakı əlaltılarını, 5-ci kolonun üzvlərini də narahat edir. Onlar anti-türk cəbhəsində çevrilmiş Avropa Şurası və Avropa Parlamentinin qərəzli və çirkin oyunlarını sanki dəstəkləyir, buna qarşı çıxanları isə təxribatçı adlandırmağa çalışırlar. Qərbin əlaltıları oaln bu xainlər Fransa və Almaniyanın səyi ilə AŞPA-da qəbul edilən sənədə qarşı çıxmaq əvəzinə, həmin sənədin müzakirəsi zamanı Azərbaycanı dəstəkləyən qardaş Türkiyəni də hədəf seçiblər. AŞPA da Azərbaycan-Türkiyəni hədəf seçib, bu qüvvələr də. Demək onları eyni xislət, eyni türk düşmənçiliyi birləşdirir. Bu barədə Milli Məclisin depuatı Aydın Hüseynov bildirib.
Millət vəkilinin sözlərinə görə, REAL Partiyasının rəhbəri İlqar Məmmədov Strasburqda Azərbaycanı müdafiə edən Türkiyə heyətinə şər atır, iddia edir ki, Türklər Azərbaycan nümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi, heyətin yarısı iclasa heç gəlmədi və gələnlər isə guya yalandan Azərbaycanın tərəfini tutdu. Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər. Sözsüz ki, onun dedikləri başdan-ayağa yalandır, Azərbaycan və Türkiyənin mənafeyinə yönəlmiş təşviqata xidmət edir, qardaş ölkəyə qarşı sabotajdır. AŞPA-nın siyasi şouya çevirdiyi dinləmələrində Azərbaycanı ən çox müdafiə edən elə qardaş Türkiyə oldu, türkiyəli deputatların 9 nəfəri qətnamənin əleyhinə səs verdi.
A.Hüseynov bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkədir,
hər zaman ümummilli məsələrdə bir yerdədir, eləcə də hər ikisi zaman-zaman AŞPA-nın qərəzi ilə üzləşirlər, Avropa Parlamentindəki bütün siyasi çirkinlikləri idarə edən Fransa illərdir ki, Ankaranın əleyhinə çıxış edir, öz əlaltılarını da Türkiyəyə qarşı yönəldir. Bu cür xain planları dəstkləyən İlqar Məmmədov kimilər isə Azərbaycanın milli maraqlarını, türk milli heysiyatını deyil, erməni lobbisinin maliyyəsi ilə hərəkət edən təşkilatların sifarişlərini icra edərək onları dəstəkləyir.