Aydın Hüseynov: Qubad İbadoğlu anti-Azərbaycan qüvvələrlə birgə ölkəmizin əleyhinə təbliğat aparırdı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun FETO ilə əlaqələri, bu təşkilatın rəhbəri Fətullah Gülənin dəstəyi ilə ABŞ və İngiltərədə müxtəlif fəaliyyətlərə cəlb olunması barədə Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət qədər təkzibolunmaz əsaslar olduğundan barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 204.3.1 maddəsi üzrə 3 ay 26 günlük həbs qətimkan tədbiri seçildi. Türkiyə Daxili İşlər Nazirliyindən ölkəmizin daxili işlər orqanlarına daxil olan informasiyalar əsasında aparılan araşdırma zamanı saxlanılan 5 nəfər FETO üzvlərindən biri Q.İbadoğlu ilə gizli işbirliyini və saxta pul tədavülündə iştirakını etiraf edib. Bu, onu təsdiq edir ki, özünü cəmiyyətə iqtisadçı-alim, ziyalı, siyasətçi kimi sırıyan İbadoğlu əslində böyük bir cinayətkar şəbəkənin üzvü imiş”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, vaxtilə AMİP-də təmsil olunan, sonra uzun illər ərzində “Müsavat” Partiyasının divan üzvü olan və həmin partiyada liderlik ambisiyalarını təmin edə bilmədiyi üçün partiyadan uzaqlaşdırılan İbadoğlu siyasi liderlik xəstəliyinə yoluxub.ADR adlı hərəkat, sonra partiya yaradıb, ancaq bu qurumun dövlət qeydiyyatına alınması mümkün olmadığından kütləvi istefalar baş verib. 2023-cü ilin yanvar-iyul aylarıında partiyanı tərk edənlərin sayı 100-dən çox olub və nəticədə Q.İbadoğlunun özü və 3-5 nəfərlik yaxınından ibarət ADR-çi qalıb.

Q.İbadoğlu budan sonra ictimaiyyət arasında özünü faydalı və xalqın təəsüsübkeşi, ümummilli məsələlərin həllində ziyalı kimi təqdim etməyə çalışaraq “BİZ TV” yaradaraq anti-Azərbaycan fəaliyyəti ilə məşğul olub. Efirə dəvət etdiyi şəxslərin böyük əksəriyyəti xarici ölkələrdə gizlənərək Azərbaycana qarşı çalışan erməni lobbisinin maraqlarını ifadə edən şəxslər olubdur. Bir məqamı da qeyd edək ki, İbadoğlu “BİZ TV”də fəallaşdıqldan sonra AXCP və ADRP arasında ziddiyyətlərə səbə olmuş və bu faktın özü də bir daha sübut edir ki, Qubad İbadoğlu üçün hər şeydən əvvək şəxski mənfəət və maraqlar hər şeydən ucadır. Beləliklə, siyasi iddiası, pul və mənafe tamahkarlığı və qanunsuz iqtisadi fəaliyyət Q.İbadoğlunun layiq olduğu cəza ilə təqsirləndirilməsinə səbəb olubdur.