Ayxan Ədilzdədən- İsanın özünə ziyanı

Salam dostlar, necəsiz? Bu gün sizinlə birlikdə bir çox insanı idarə edən puldan söhbət edəcəyik. Əslində,  qədim dövrdən indiyə kimi pul vahidi mövcud olmuşdur. Dövrünə görə qızıl, gümüş, kağız, dəmir və s. kimi materiallarla hazırlanmışdır. Azərbaycanda pul kağız və dəmir şəklində istehsal edilir. Bunu qoyaq bir kənara. Dünyada hər bir kəsin yaşamaq üçün pula ehtiyacı var. Amma bəzi insanlar vardır ki, normal bir insanın həyatı boyunca qazana və yaxud da görə bilməcəyi pula sahibdirlər. Əslində, insanlar özlərini kölə vəziyyətinə o vaxtdan salmağa başlayıblar. Sizə belə bir misal çəkim. İnsanların daha barışcıl yaşadığı dövrdə, heç kimin heç kimlə dərdi olmayan vaxtı hər  kəs mehriban idi. Sonra varlı-kasıb anlayışları yarandı və insanları yarıya böldü. Nəhayət ortaya pul çıxdı. Varlılar pulları vasitəsilə kasıbları əzməyə başladılar. Tutalım sız varlıqlı bir insansınız, bir aydakı qazancınız yeddi milyondur. Bunu siz  bölüşdürməlisiniz - müdirə yeddi yüz min, asistanınıza altı yüz min, amma işçiyə yeddi yüz manat. Başqa bir misal. Böyük Çin səddinin tikintisi zamanı qullar pul qazanmaq üçün ağır daşları yerinə yerləşdirərkən  tez-tez ölürdülər. İmperator da bu problemin həllini ölüləri Çin səddi divarının içinə yerləşdirməkdə tapıb. Misirdə bildiyiniz kimi quldarlıq dövrü bitib.  Bir tərəfdən baxanda bu hadisə çox sevindirici görünür, amma digər tərəfdən baxsaq, böyük bir aldadılma olduğunu görərik. Belə izah edim. Tutalım siz Misirdə işləyən adi bir qulsunuz. Sizə xəbər verilir ki, quldarlıq dövrü başa çatıb və sizə yaxşı maaş və s. verirlər.  Artıq o vaxtı nə verirdilərsə, sizdən də bunların qarşılığında daha yaxşı bir iş bacarığı istəyirlər. Siz də buraxdığınız işinizin başına qayıtdınız və daha böyük bir həvəslə işləməyə dəvam etdiniz. Bu sizə normal görünə bilər, amma bu mövqedə işiniz eyni, işi verən eyni, işçi eyni. Siz həvəslə nə gözəl haqqımız olanı aldıq deyə fikirləşərkən onlar  da sizə yuxarıdan aşağı baxmağa davam edirlər. Yəni insanlar mənim fikrimcə, bu sistem ilə özləri öz  nəsillərinin sonunu gətirəcək  biznes qurmuş milyonerlərin də bəziləri qanunsuz yollarla pul qazanırlar. İnsanın ən birinci hədəfi və inancı olmalıdı. Sonra o hədəfə çata bilmək üçün yolu olmalıdı və o yolun yaxşı ayaqları olmalıdır ki, siz o yolun üzərində rahat gedə biləsiniz.  Siz bu həyatda böyük yerlərə gəlmək istəyirsinizsə, yolunuzu, hədəfinizi yaxşı, dayanıqlı etməyi bilməlisiniz. Yadınızdan çıxartmayın, heç bir zəfərə güllü yollardan gedilmir və inancınız ən vaciblərdən biridir. Bu hədəfə çatmaq üçün sizə daş atanlar olacaq, zədələnəcəksiniz,yıxılacaqsınız,amma hədəfinizin üstünə getməkdən qorxmayın.  Bu yolun sizə xeyri də ola bilər, ziyanı da. Məndən bu qədər, dostlar!   Sağ olun, var olun,  minnətdaram!