Azad edilən ərazilərdə faydalı qazıntılarla bağlı müraciətlərin sayı AÇIQLANDI

İşğaldan azad edilən ərazilərdə faydalı qazıntıların istismara verilməsi ilə bağlı bu günədək 130-a qədər müraciət qəbul edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov ekoloji məsələlər üzrə işçi qrupun iclasında məlumat verib.

O bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onların 40-na mənfi rəy verilib: "Yetmiş müraciətə müsbət cavab verilib. İyirmi müraciətə isə cavab hazırlanır".