Növbədənkənar prezident seçkiləri ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.
Sabahinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət edəcəyik. “İlk dəfə olaraq 20 min seçici işğaldan azad edilmiş ərazilərdə səs verəcək və bu hadisə tarixə düşəcək”, - deyə o əlavə edib.