Azad olunmuş ərazilərdə aşkarlanan meyit qalıqlarının sayı açıqlandı

İşğaldan azad olunmuş ərazilərdə təmir-tikinti işləri aparılan zaman aşkar edilən meyit qalıqlarının sayı açıqlanıb.

Sabahinfo.az xəbər ki, bunu bu gün Baş Prokurorluqla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi brifinqdə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib. O bildirib ki, Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri nəticəsində kütləvi məzarlıqlardan əlavə 2022-ci ildə 32, 2023-cü ildə 60, 2024-cü ildə 4 nəfərin meyit qalıqları aşkar edilərək götürürülüb.