Azay Quliyev Müşahidə Şurasının sədri seçildi

Aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Agentlik açıqlama yayıb.

Bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.