Azər Baxşəliyev əməliyyatdan özü imtina edib -RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) aktyor Azər Baxşəliyevin böyrək köçürülməsi əməliyyatının gecikdirilməsi ilə bağlı iddialara cavab verib.

Mərkəzdən Sabahinfo.az-a bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü ildə Mərkəzdə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb:

"2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 2024-cü il oktyabrın 16-da xəstəxana sənədləri ODTKM daxil olub. Oktyabrın 31-də Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi bildirilib".

Xatırladaq ki, A.Baxşəliyev yanvarın 5-i poliorqan çatışmazlığı səbəbindən vəfat edib.