Vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçirdik.
Görüşdə seçicilərim yaşadıqları ərazilərdə sosial problemlərlə yanaşı, həmçinin şəxsi məsələrinin həlli istiqamətində müvafiq məsələlərlə bağlı müraciətlər etdilər.
Müraciətlərin bir qismi aidiyyətli qurumlarla birlikdə yerində həll edilmişdir. Digər müraciətlər isə nəzarətə götürülmüş və həll olunması üçün müvafiq tədbirlər görüləcəkdir.
Azər Kərimli
Milli Məclisin deputatı